Si Cinpin: "Çinlə diplomatik münasibətlər quran Afrika ölkələrinə bütün tarif xətləri üzrə 100 faiz rüsumsuz güzəşt etməyə hazırıq"
Çin Afrika ölkələrindən gələn bütün malları tariflərdən azad etməyə hazırdır. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin 32-ci Qeyri-rəsmi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Liderlərinin Zirvəsində bildirib.
"Çinlə diplomatik münasibətlər quran Afrika ölkələrinə bütün tarif xətləri üzrə 100 faiz rüsumsuz güzəşt etməyə hazırıq", - Cinpin qeyd edib.