Pekin 18 “Qianfan” qütb orbitli rabitə peyklərini uğurla orbitə çıxarıb
Çin Xalq Respublikası 18 “Qianfan” (və ya G60) qütb orbitli rabitə peyklərini uğurla orbitə çıxarıb. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, CZ-8 (Çançjen-8) raketinin buraxılışı çərşənbə günü Pekin vaxtı ilə saat 00:38-də Vençan kosmodromunun (Çinin cənubunda yerləşən Haynan əyaləti) kommersiya sahəsindən baş tutub. Bu, 563-cü buraxılışdır.
Televiziya bildirib ki, missiyanın düzgün işləməsi Çindəki kommersiya layihələrinə də nəzarət edən Çin Milli Kosmik İdarəsi tərəfindən təmin edilib. Bu dəfə G60 kosmik gəmisinin beşinci qrupu buraxılıb. Bu peyklər “Shanghai Spacecom Satellite Technology” tərəfindən qurulur və idarə olunur.
Yeni nəsil maye yanacaqla işləyən raket CZ-8 Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən hazırlanıb. Uzunluğu 50 metrdir və aşağı Yer orbitinə 7,6 tona qədər faydalı yük daşıya bilir.