Ceyranbatan Su Anbarının yaxınlığında yanğın

Hadisə

12.06.2020 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb

 

Abşeron rayonunda Ceyranbatan Su Anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən iki ha ərazidə yanğın olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

AYNA xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatda qeyd olunub ki, yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş