Ceyhun Bayramovla Rəşid Meredov arasında telefon danışığı olub

Xəbərlər

04.07.2021 - 16:12

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Türkmənistan XİN başçıları müzakirə aparıblar

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

 

Telefon danışığında tərəflər regional və beynəlxalq formatda məhsuldar əməkdaşlığı qeyd ediblər. Bu kontekstdə nazirlər Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçıları səviyyəsində bu il planlaşdırılan görüşün əhəmiyyətini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş