Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

Xəbərlər

16.08.2021 - 13:57

Nazirlər Əfqanıstandakı Türkiyə və Azərbaycan sülhməramlılarının hazırkı durumunu müzakirə ediblər

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

Müəllif: Ayna.az