Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər edib

Xəbərlər

29.01.2025 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı Azərbaycan-Türkiyə-Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.

AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş