Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşüb

Xəbərlər

31.10.2025 - 12:49

Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətlərini müzakirə edib, həmçinin regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlıq üçün möhkəm təməl yaradır.

Görüşdə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş