Ceyhun Bayramov Kolomina ilə Ermənistanla sülh prosesini müzakirə edib

Xəbərlər

10.07.2024 - 11:57

cedabet dərman SEO Xidməti

Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub

Xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş