Ceyhun Bayramov Çinin “Global Times” qəzetinə müsahibə verib

Xəbərlər

05.02.2026 - 15:47

“Çin ilə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi xarici siyasətimizin ən vacib istiqamətlərindən biridir”

“Çin ilə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biridir”. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikri xarici işlər naziri Ceyhun Bayramov Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetinə müsahibəsində deyib. Çinə səfəri zamanı qəzetin əməkdaşlarına müsahibə verən C.Bayramov Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən, siyasi, iqtisadi-ticari, yaşıl enerji, nəqliyyat-logistika sahəsində əməkdaşlıqdan danışıb.

Ceyhun Bayramov Cənubi Qafqazda sülh quruculuğundan, Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizinin beynəlxalq yükdaşımalarda artan rolundan, beynəlxalq və regional platformalarda, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan da söz açıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş