Ceyhun Bayramov ABŞ-a gedib

Xəbərlər

09.07.2024 - 10:38

Xarici işlər naziri NATO Zirvə Görüşündə iştirak edəcək

İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş