Çexiya iki ildə ukraynalı miqrantlara 710 milyon dollar məbləğində müavinət ödəyib
Müharibə başlayandan bu yana Çexiyaya gedən ukraynalı qaçqınlar 16,33 milyard kron (təxminən 710 milyon dollar) məbləğində humanitar yardım alıbla. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çexiyanın Əmək Nazirliyinin və Daxili İşlər Nazirliyinin məlumatlarında qeyd edilib.
Mənbələrin məlumatına görə, hazırda respublikada 383 min ukraynalı miqrant var.
“Son iki il ərzində Çexiyada müdafiə vizası almış yüz minlərlə ukraynalı qaçqın humanitar yardımlar şəklində ümumilikdə 16,33 milyard kron alıb”, - Çexiya ödədiyi pulun məbləğini açıqlayıb.
Nazirliklərin məlumatına görə, bir çox qaçqın iş tapıb, vergi və sığorta haqlarını ödəyir.
Qeyd edək ki bundan əvvəl Çexiya Prezidenti Petr Pavel vətənlərinə qayıtmaq istəyən ukraynalı qaçqınlara maliyyə yardımı haqqında qanun imzalayıb.