Çexiya XİN-in son demarşına cavab olaraq kəskin etiraz edilib
Çexiyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-də Çexiyanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Çexiya Xarici İşlər Nazirliyinin son demarşına cavab olaraq kəskin etiraz edilib.
"Diplomata Çexiyanın Ukrayna münaqişəsində rolu, “Rusiyaya strateji məğlubiyyət vermək” məqsədi ilə Kiyevə fəal dəstək verməsi, Ukrayna Silahlı Qüvvələrini silahla gücləndirməsi bildirilib və vurğulanıb ki, bu münaqişənin davam etdirilməsinə və bütün regionda sabitliyin pozulmasına töhfə verir", Rusiya XİN bildirib.