Çexiya Prezidentindən çağırış: “Ukraynanın NATO üzvlüyünə icazə verilməlidir”

Dünya

20.08.2024 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Petr Pavel: “Tanınmış sərhədlər daxilində bütün torpaqlara nəzarətin tam bərpası Alyansa üzvlük üçün ilkin şərt olmamalıdır”

“NATO ölkələri Ukraynanın Alyansa qəbulunu Rusiya tərəfindən işğal olunmuş ərazilərin olması ilə əlaqələndirməməlidir”. AYNA bildirir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel “Novinki”yə müsahibəsində deyib.

Onun fikrincə, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün torpaqlara nəzarətin tam bərpası Alyansa üzvlük üçün “ilkin şərt” olmamalıdır.

“Hər hansı inzibati sərhədin çəkilməsinə icazə versək, o zaman bu inzibati sərhədi müvəqqəti olaraq qəbul etmək mümkün olacaq və Ukrayna o zaman nəzarət edəcəyi ərazi ilə NATO-ya qəbul oluna bilər”, - Pavel bildirib.

Prezident 1955-ci ildə Alyansa qəbul edilən Almaniyanı misal çəkib, bildirib ki, Almaniyanın ərazisinin bir hissəsi 1990-cı ilə qədər, Almaniya ilə ADR arasında sərhəd olan Berlin divarı dağıdılana qədər SSRİ-nmin işğalı altında qaldı.

“Buna görə də, mənim fikrimcə, texniki həll var və Ukraynanın Rusiya Federasiyası ilə münaqişəyə Avropa İttifaqını cəlb etmədən NATO-ya daxil olmasına icazə verə biləcək hüquqi həll var", - Pavel qeyd edib və əlavə edib ki, Kiyev və Moskva arasında danışıqların başlanması yalnız bundan sonra mümkün olacaq.

Pavel ümid etdiyini bildirib ki, ölkələr yaxın illərdə sülh sazişi əldə edə biləcəklər. Çexiya liderinin fikrincə, bu, Ukraynanın müəyyən ərazilərinin uzun müddət Rusiyanın nəzarətində qalacağı anlamına gələ bilər.

Qeyd edək ki, NATO-nun Vaşinqtonda keçirilən sammitində qəbul edilən bəyannamədə Ukraynanın Alyansa üzv olmaq üçün “dönməz yolda” olduğu bildirilib. Sənəddə bu ölkənin öz təhlükəsizlik mexanizmini seçmək və öz gələcəyini kənar müdaxilə olmadan müəyyən etmək hüququna hərtərəfli dəstəkdən də bəhs edilir.

Eyni zamanda, Birləşmiş Ştatlar və Almaniya son vaxtlara qədər “dönməz yol” ifadəsinə etiraz edirdilər. “Financial Times” xəbər verir ki, Berlin və Vaşinqtonun mövqeyi çoxdan formalaşıb: Kiyev Ukrayna Silahlı Qüvvələrinin Alyansın silahlı qüvvələri ilə uyğunluğunu artırmaq üçün struktur islahatları, o cümlədən hərbi sahədə islahatlar aparmalıdır. Bildirilir ki, Rusiya ilə müharibənin sonunadək Ukrayna NATO-ya daxil ola bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş