Çexiya “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib

Dünya

24.01.2023 - 23:40

Petr Fiala: "Çexiya ordusunun özü bu tanklara ehtiyac duyur"

Çexiya Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib.

AYNA xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib. O, qeyd edib ki, Çexiya Kiyevə tədarük etdiyi T-72 tankları müqabilində Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməyəcək.

 

Baş nazir vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin qoruması üçün Çexiya ordusunun özü bu tanklara ehtiyac duyur.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Çexiya və Slovakiyanın Ukraynanın xeyrinə alman “Leopard 2” tanklarından imtina edə biləcəyini yazıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə