Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti olub

Dünya

04.06.2023 - 00:26

Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cevdet Yılmazı ölkənin yeni vitse-prezidenti təyin edib.

AYNA xəbər verir ki, Çankaya sarayında keçirilən tədbirdə dövlət başçısı 67-ci hökumətin tərkibini açıqlayıb.

Qeyd edək ki, daha öncə Cevdet Yılmaz 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili seçilib. Bundan başqa, o, inkişaf naziri, baş nazir müavini, dövlət naziri vəzifələrində çalışıb.

Müəllif: Ayna.az