“Azərbaycan xalqına və dövlətinə zəlzələnin nəticələrinin aradan qaldırılması yönündə dəstəyinə görə bir daha təşəkkür edirik”
“Azərbaycan xalqına və dövlətinə zəlzələnin nəticələrinin aradan qaldırılması yönündə dəstəyinə görə bir daha təşəkkür edirik”.
AYNA.AZ xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
C.Yılmaz Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışında iştirak etdiyini xatırladıb.