Cənubi Qafqaz üzrə “3+3” formatının üçüncü görüşü hazırlıq mərhələsindədir

Aktual

30.01.2026 - 13:43

“Gürcüstanlı qonşularımız indiyə qədər iştirak etməkdən çəkiniblər, amma biz daim qapının onlara açıq olduğunu vurğulayırıq"

“Cənubi Qafqaz üzrə "3+3" formatının üçüncü görüşü hazırlıq mərhələsindədir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə deyib.

Lavrovun sözlərinə görə, onun türkiyəli həmkarı Hakan Fidan görüşü fəal şəkildə dəstəkləyir: "Biz Cənubi Qafqazda ortaq qonşularıq. Türkiyə, Azərbaycanla birlikdə "3+3" formatının əsas təşəbbüskarı olub - Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç böyük qonşusu - Rusiya, Türkiyə və İran. Artıq nazirlərin iki görüşü keçirilib. Üçüncüsü hazırda hazırlanır. Gürcüstanlı qonşularımız indiyə qədər iştirak etməkdən çəkiniblər, amma biz daim qapının onlara açıq olduğunu vurğulayırıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş