Cəlilabadda şagirdin ölümü ilə bağlı cinayət işi açılıb

Xəbərlər

16.09.2025 - 23:50

Cəlilabad rayonunda ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

AYNA.AZ xəbər verir ki, Baş Prokurorluqdan daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş