Hadisə rayonun Günəşli kəndində qeydə alınıb
Cəlilabadda bir ailə qidadan zəhərlənib. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Kənd sakinləri 1998-ci il təvəllüdlü S. Zeynalova, 1959-cu il təvəllüdlü İ. Zeynalov və 1963-cü il təvəllüdlü X. Zeynalova ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, ailə üzvləri qəbul etdikləri qidadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.