Cəlilabadda avtomobil aşıb

Hadisə

24.11.2025 - 17:08

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 142-ci km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş