Şəybək kəndi ərazisindən bir ədəd avtomat və iki ədəd tank mərmisi aşkar edilib
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, rayonun Şəybək kəndi ərazisindən bir ədəd avtomat və iki ədəd tank mərmisi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.