Cəbrayılda tank əleyhinə minalar aşkarlanıb

Xəbərlər

16.04.2024 - 12:14

29 tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan aidiyyəti üzrə təhvil verilib

Cəbrayılda minalar aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Hovuslu kəndi ərazisindən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az