Cəbrayılda mina partladı: bir nəfər xəsarət alıb

Hadisə

02.11.2022 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib

Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş