Çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəbərlər

12.08.2024 - 10:47

cedabet dərman SEO Xidməti

Çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı İbrahim Nəsibov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, onun Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş