Çavuşoğlunun qardaşı ofisində güllələnib

Dünya

06.05.2026 - 15:44

52 yaşlı iş adamı xəstəxanaya aparılıb: reanimasiyadadır və vəziyyəti ağırdır

Türkiyənin keçmiş xarici işlər naziri, hazırkı deputat Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna qarşı silahlı hücum həyata keçirilib. AYNA.AZ-ın Türkiyə mediasına istinadən məlumatına görə, hücum dünən gecə Aydın Çavuşoğlunun Alanyadakı ofisində baş verib.

Məlumata görə, 52 yaşlı iş adamı hücumdan sonra xəstəxanaya aparılıb. O hazırda reanimasiyadadır və vəziyyəti ağırdır.

Polis hələlik hadisə ilə bağlı heç bir rəsmi məlumat, o cümlədən hücum edənin şəxsiyyəti və mümkün motivləri barədə məlumat verməyib.

Qeyd edək ki, M.Çavuşoğlu hazırda Türkiyənin NATO-dakı parlament nümayəndə heyətinə rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş