Çavuşoğlu: “Vətəndaşlarımız üçün humanitar dəhlizin açılmasına çalışırıq”

Dünya

05.03.2022 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır

“Biz bu gün Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı dəstəkləyirik ”.

AYNA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Sumi istiqamətində olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır: “Bu vətəndaşlarımız üçün Ukrayna, yaxud Rusiya istiqamətində humanitar dəhlizin açılmasına çalışırıq”.

Türkiyə XİN başçısı qeyd edib ki, 11 024 Türkiyə vətəndaşı Ukraynadan təxliyə edilib: “Bu gün Kiyevdən qatar nəzərdə tutulur. Sumidə humanitar koridorun açılmasına çalışırıq. Bu planlarımız reallaşarsa, 400 Türkiyə vətəndaşı təxliyə olunacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş