“İranlılar fələstinlilərdən daha çox fələstinli olmağa çalışan hökumətdən yorulublar”
Avqustun 1-də İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib. AYNA xəbər verir ki, bu barədə İsrail nəşrləri yazıb.
Son günlər sosial şəbəkələrdə Cavad Zərifin İran hökumətinin fələstinlilərin özlərindən daha çox Fələstin tərəfdarı olmamalı olduğunu bildirdiyi səsyazma yayılıb. Zərif deyib: “İranlılar fələstinlilərdən daha çox fələstinli olmağa çalışan hökumətdən yorulublar”.
Prezident Məsud Pezeşkianın istefanı qəbul edib-etmədiyi bəlli deyil.