Çar Rusiyasının vəhşilikləri...- Çərkəzlərə qarşı soyqırımı

Xəbərlər

03.07.2025 - 16:17

cedabet dərman SEO Xidməti

Azərbaycanlı tarixçilər çar Rusiyasının çərkəzlərə qarşı törətdiyi soyqırımı haqqında araşdırma aparıblar

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev çar Rusiyasının çərkəzlərə qarşı törətdiyi soyqırımı haqqında araşdırma aparıblar.  AYNA.AZ xəbər verir ki, tarixçilər bu haqda özləri bildiriblər.

Qeyd ediblər ki, Çar Rusiyası XIX əsrdə çərkəzlərə qarşı amansız soyqırımı törədib. Çərkəzlərə qarşı planlı qətliamlar XIX əsrin əvvəllərində başlayıb, XIX əsrin 60-70-ci illərində isə sağ qalanlar Osmanlı imperiyasına sürgün edilib.

Vikipediyada yayılan məlumatlara görə, bu soyqırımının törədilməsində çar Rusiyasının generalı Qriqori Zass (rusca: Григорий Христофорович Засс) xüsusi rol oynayıb. O, çərkəzləri məhv etmək üçün bu üsullardan istifadə edib: diri-diri yandırmaq, kəllə toplamaq, başları nizəyə taxmaq, uşaqları diri-diri basdırmaq, kəndləri yandırmaq, xəstəlik yaymaq və kütləvi təcavüz.

İndiyədək aparılan araşdırmalara görə, bu qətliamlarda 1,5 milyonadək çərkəz məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş