Çad Sudanla sərhədini bağlayıb

Dünya

23.02.2026 - 17:53

Bu addım ərazisinə təkrarlanan müdaxilələrə və sərhəd keçidlərinə cavab olaraq atılıb

Çad hökuməti Sudanla sərhədini bağlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Tchad24” kanalı məlumat yayıb.

"Ərazisinə təkrarlanan müdaxilələrə və sərhəd keçidlərinə cavab olaraq, Çad hakimiyyəti Sudanla sərhədin dərhal bağlandığını elan etdi", - deyə bildirilib.

Daha əvvəl Sudanın “Tribune” qəzeti Çadın Sudan silahlı qruplarının ərazisinə nüfuz etməsinin qarşısını almaq üçün Qərbi Darfurla sərhəddəki əsas Adre keçid məntəqəsi də daxil olmaqla, Sudanla bir neçə sərhəd keçid məntəqəsini bağladığını bildirmişdi.

Qəzetin məlumatına görə, bu addım müttəfiqlərin dəstəklədiyi Sudan ordusu ilə Sürətli Müdaxilə Qüvvələri (SİQQ) arasında Çad sərhədi yaxınlığında Şimali və Qərbi Darfur əyalətlərində döyüşlərin şiddətlənməsi fonunda atılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş