Bu gün saat 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Buzovna qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan AYNA.AZ-a verilən məlumata görə, yanvarın 26-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar saat 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.