22 çətənə kolu və 265 qram marixuana aşkarlanaraq götürülüb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini E.Təhməzovun həyətyanı sahəsinə baxış keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 22 çətənə kolu və 265 qram marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.