Burçuladze Bakıya gəlib

Xəbərlər

27.11.2023 - 14:51

Gürcüstanın müdafiə naziri ölkəmizə səfər edib

Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ölkəmizə səfər edib.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş