“Bu mərhələlər başa çatdıqdan sonra sənəd təqdim olunacaq"
Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanması prosesinə başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Azər Əmiraslanov deyib.
"Artıq Büdcə Məcəlləsi gündəmdədir. Maliyyə Nazirliyi onun hazırlanması üzərində işləyir. Bu, sənədin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasını və Konstitusiya qanunvericiliyinə uyğun olaraq bütün zəruri prosedurların tamamlanmasını özündə ehtiva edən əmək tutumlu prosesdir. Bu mərhələlər başa çatdıqdan sonra sənəd təqdim olunacaq", - o qeyd edib.