27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək
25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Bu barədə AYNA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xəbərdə bildirilib ki, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.
“27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”, - deyə qeyd edilib.