“Bu, qanunsuz olaraq binaya daxil olma cəhdidir” – <font color=red> Milli Məclis</font>

Xəbərlər

15.07.2020 - 13:24

cedabet dərman SEO Xidməti

“Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”

 

Milli Məclis dünənki hadisə ilə bağlı məsələyə münasibət bildirib. AyNA-nın xəbərinə görə,  jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, dünən gecə Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib.

 

Onun sözlərinə görə, yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşıb: “Həmin yürüşü edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandan sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

 

“Bu, qanunsuz olaraq binaya daxil olma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, Ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə C.Əli qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş