161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a keçir
Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a inteqrasiya olunacaq. AYNA-nın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 faizi “BakıKart”a keçib.
Qeyd edək ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsi ilə edilir.