İlham Əliyev Sərəncam imzalayıb
Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
AYNA.AZ xəbər verir ki, Sərəncama əsasən, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək.
Təqaüd alacaq tələbələrin siyahısı ilə buradan tanış ola bilərsiniz.