Bu il 47 mindən çox şagird məktəbini dəyişib

Xəbərlər

19.12.2023 - 11:24

47 min 854 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

47 854 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47 854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş