Qərar "Kovyor" planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib. AYNA xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd olunub ki, bu qərar Kazan üzərində "Kovyor" planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
“Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq”, - deyə məlumatda vurğulanıb.