Bu gün Polşanın yeni Baş naziri seçiləcək

Dünya

11.12.2023 - 08:12

Həkimlər Klinikalar SEO Xidməti

Seym hökumətə etimad haqqında səsvermə keçirəcək

Bu gün Polşa Seymi hökumətə etimad haqqında səsvermə keçirəcək və ölkənin yeni Baş nazirini seçəcək.

AYNA xarici mediaya istinadən bildirir ki, əvvəlcə Polşanın Baş naziri Mateuş Moravetski hesabatla çıxış edəcək. Bundan sonra onun hökumətinə etimad səsverməsi keçiriləcək. Seym onun təsdiqinin əleyhinə səs verərsə, hökumət istefaya göndəriləcək və Donald Tusk yeni Baş nazir olacaq.

Müəllif: Ayna.az