Qabriel Attal istefa ərizəsini Makrona təqdim edəcəyini bildirib
Fransanın Baş naziri Qabriel Attal bu gün istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.
AYNA “Reuters”ə istinadən bildirir ki, Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələri dərc olunandan sonra deyib: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər Prezidentə istefa ərizəmi təqdim edəcəyəm”.
Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.