Bu gün Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xəbərlər

31.08.2024 - 00:53

cedabet dərman SEO Xidməti

"Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi 2024-ə hazırlıq gedir

"Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş