Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq

Xəbərlər

14.05.2025 - 01:03

Həkimlər Klinikalar SEO Xidməti

Yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır

Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə dünən saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılır. D.Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin, Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki ortatəzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş