Britaniyanın Baş naziri iğtişaşçılara çağırış edib

Dünya

05.08.2024 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

“Zəmanət verirəm ki, bu iğtişaşlarda iştirak etdiyinizə görə peşman olacaqsınız”

Böyük Britaniyanın Baş naziri Keir Starmer iğtişaş dalğasına müraciət edərək, iğtişaşları dayandırmağa çağırıb və iğtişaşlarda iştirak edən etirazçılara ağır cəza veriləcəyini vəd edib. AYNA xəbər verir ki, bu barədə “SkyNews” məlumat yayıb.

Bazar günü axşam Starmer “Downing Street”dəki hökumət binasından çıxış edib və iğtişaşlarda iştirak edənlərin "qanunun tam ölçüsündə" cəzalandırılacağını qeyd edib.

“Bu, zorakılıqdır... Zəmanət verirəm ki, siz həm birbaşa, həm də onlayn iğtişaşları qızışdırmaqla bu iğtişaşlarda iştirak etdiyinizə görə peşman olacaqsınız”, - Baş nazir bildirib.

Baş nazir Roterhamda iğtişaşçıların miqrantların yerləşdiyi otelə hücum etdiyi hadisələri ayrıca tənqid edib: "Bu cür hərəkətlərə heç bir əsas yoxdur".

“Holiday Inn Express” otelinin yaxınlığında miqrasiyaya qarşı çıxan və dəstəkləyən insanlar toplaşıb. Lakin tezliklə mühacir tərəfdarlarının “İrqçiliyə yox” hərəkatının nümayəndələri oteli tərk ediblər, immiqrasiya əleyhdarlarının hərəkətləri isə iğtişaşlara çevrilib.

Etirazçılar otelin pəncərələrinə kərpic və daş atıb, bir neçə pəncərəni sındırıb, polisə hasar panelləri və şüşə butulkalar atıblar. İğtişaşçılar otelə gedən yolu bağlayıblar, daha sonra otelin elektrik generatorunun yerləşdiyi binanı yandırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş