"Əgər “X” “Grok”u nəzarətə ala bilmirsə, biz nəzarət edəcəyik və bunu tez bir zamanda edəcəyik"
Böyük Britaniyanın Baş naziri Keir Starmer xəbərdarlıq edib ki, əgər Amerika şirkəti onu tənzimləmək üçün addımlar atmazsa, ölkə “X” sosial şəbəkəsinə inteqrasiya olunmuş çatbot “Grok”u nəzarətə götürəcək.
AYNA.AZ “Sky News”a istinadən bildirir ki, Baş nazirin sözlərinə görə, "əgər “X” “Grok”u nəzarətə ala bilmirsə, biz nəzarət edəcəyik və bunu tez bir zamanda edəcəyik".
Starmer əlavə edib ki, hökumət təhlükəsizlik və insan hüquqlarının pozulmasına dözməyəcək.
Böyük Britaniyanın iddialarına cavab olaraq, amerikalı iş adamı İlon Mask Böyük Britaniya hökumətini internet senzurası üçün hər hansı bir əsas axtarmaqda günahlandırıb.