“Əgər Ukraynada nəsə yolunda getməsə, Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə başlaya bilər”
“Ukrayna ordusu cəbhədə daha böyük problemlərlə üzləşsə, NATO Ukraynaya qoşun yeridə bilər”. AYNA xəbər verir ki, bu sözləri Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton deyib.
Polkovnikin fikrincə, əgər Ukraynada nəsə yolunda getməsə, Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə başlaya bilər.
De Brettonun sözlərinə görə, Qərb Ukrayna üçün öz qoşunlarını müharibəyə göndərməkdən başqa hər şeyi edib.
Polkovnik istisna etməyib ki, Rusiya ciddi irəliləyiş əldə edərsə, NATO və Avstraliya kimi Qərb müttəfiqləri öz mövqelərinə yenidən baxmalı olacaqlar.