Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 11007 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 600 623 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 19 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 945 nəfərə çatıb.