Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

11.02.2021 - 04:12

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 1001 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 114 851 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 13 013 nəfər koronavirusa yoluxub. Hazırda koranavirusa yoluxanların ümumi sayı 3 985 161 nəfərdir.

Müəllif: Ayna.az