Britaniyada hakimiyyətə gələn leyboristlərinin lideri “dəyişiklik” vəd edib

Dünya

05.07.2024 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Key Starmer: “Mən bunun asan olacağına söz vermirəm”

Böyük Britaniyada seçkilərdə qalib gələn Leyboristlər Partiyasının lideri Key Starmer dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib. AYNA xarici mediaya istinadən bildirir ki, 61 yaşlı siyasətçi partiya fəallarına "dəyişiklik indi başlayır" deyə bildirib.

“Ümid günəşi əvvəlcə solğun, lakin gün keçdikcə daha da güclənir. Parlaqlıq 14 ildən sonra öz gələcəyini bərpa etmək imkanı əldə edən ölkə üçün qayıdır”, - Starmer əlavə edib.

O, ölkəni özünün əsas prioriteti adlandırıb: “Mən bunun asan olacağına söz vermirəm”.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə səslərin hesablanmasının aralıq nəticələrindən belə çıxır ki, Leyboristlər Partiyası 14 ildə ilk dəfə Britaniya Parlamentinə keçirilən seçkilərdə yeni hökumətin formalaşdırılması üçün lazım olan səs çoxluğunu qazanaraq qalib gəlib.

Baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyası  yenidən parlamentdə yer qazandı, lakin hökumət başçısı vəzifəsini tərk etməlidir. O, partiyası seçkilərdə məğlub olduğu üçün istefa verən ilk Baş nazir olacaq.

Leyboristlərin lideri Keir Starmer yeni Baş nazir ola bilər. O, əvvəllər kölgə “Brexit” naziri və insan haqları üzrə vəkil olub.

Mayın 30-da Britaniya Parlamenti növbədənkənar parlament seçkiləri ərəfəsində buraxılıb. Sunak qeyd edib ki, seçkilərin keçiriləcəyi dünya ““soyuq müharibə”nin bitməsindən bəri ən təhlükəli vəziyyət olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş