Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 16 703 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 684 572 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 21 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 048 nəfərə çatıb.